“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ilk mərhələsinin qalibi müəyyənləşib

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ilk mərhələsinin qalibi müəyyənləşib Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ilk mərhələsinin qalibi müəyyənləşib.
Fərdi
7 İyun , 2023 15:17
“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ilk mərhələsinin qalibi müəyyənləşib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ilk mərhələsinin qalibi müəyyənləşib.

“Report”un məlumatına görə, turnirin birinci gününün qalibi Bolqarıstan millisinin üzvü Martin Papanov olub.

O, Bakının Səbail rayonundakı Veloparkdan 150 km məsafə qət edərək Şamaxıdakı finiş xəttinə hamıdan tez çatıb.

İtaliyalı velosipedçi Ansalone Emanuele ikinci, rumıniyalı Kristian Rayleanu isə üçüncü yeri tutub.

Yarışın ardından qaliblər fəxri kürsüyə çıxaraq mükafatlandırılıblar. Onlara medallarını Şamaxı icra başçısı Tahir Məmmədov təqdim edib.

Yarışın ikinci mərhələsi iyunun 8-də olacaq. Velosipedçilər Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət edəcəklər.

Qeyd edək ki, 11-dək davam edəcək “Əziz Şuşa” beynəlxalq velosiped yarışında dünyanın 14 ölkəsindən 16 komandanın heyətində 100-dən çox velosipedçi mübarizə aparır. Turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verəcək.

Son xəbərlər

Orphus sistemi