Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş mükafatçısı olub.
“Report”un məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda qalib gələ bilməyib.
O, həlledici görüşdə Qırğızıstan təmsilçisi Akjol Mahmudova uduzub.
Qeyd edək ki, daha əvvəl Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar.
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının qalibi olub.
“Report”un məlumatına görə, 35 yaşlı idmançı 82 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Finalda iranlı rəqibini Əlirza Mohmadipianini 2:1 hesabı ilə məğlub edən R.Hüseynov karyerasında ikinci dəfə dünya çempionu tituluna yiyələnib. O, ilk dəfə 2021-ci ildə Norveçin paytaxtı Osloda bu nailiyyətə imza atıb.
Qeyd edək ki, daha əvvəl Eldəniz Əzizli 55 kq-da dünya çempionu olub. Sənan Süleymanov (77 kq) da bu gün final görüşünə çıxacaq.
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli üçüncü dəfə dünya çempionu olub.
“Report”un məlumatına görə, o, Serbiyanın paytaxtı Belqradda keçirilən mundialda qızıl medala sahib çıxıb.
31 yaşlı idmançı finalda gürcüstanlı Nuqzari Tsurtsumiaya 13:4 hesabı ilə qalib gəlib. E.Əzizli 2018-ci ildə Macarıstanın paytaxtı Budapeştdə, 2022-ci ildə isə Belqradda dünya çempionluğunu qazanıb.
Qeyd edək ki, Azərbaycanın digər yunan-Roma güləşçiləri Rafiq Hüseynov (82 kq) və Sənan Süleymanov (77 kq) da bu gün final görüşünə çıxacaqlar.