“Dünya Kuboku 2023”: Kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəş yarışının qalibi bəlli olub
Fərdi
- 14 may, 2023
- 12:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023” sona yaxınlaşır.
“Report”un məlumatına görə, daha bir növdə mükafatçılar bəlli olub.
Kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəş üzrə yarışın final mərhələsi keçirilib.
6 idmançının medallar uğrunda yarışdığı finalda üçüncü yeri almaniyalı Florian Peter tutub. O, mərhələni 27 xalla başa vurub.
Gümüş medalı Fransa təmsilçisi Klemen Besua əldə edib. O, 32 xal qazanıb.
Yarışın qalibi isə Çin idmançısı Yu Heng Li olub. 33 xal toplayan idmançı bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, bu gün qadınlar arasında 50 metr məsafəyə tüfəngdən 3 mövqedən atəş yarışları ilə “Dünya Kuboku 2023”ə yekun vurulacaq.
Son xəbərlər
11:08
"İmişli" Azərbaycan Premyer Liqasında 10-cu qələbəsini qazanıb
Futbol
11:06
Azərbaycan Kubokunun II təsnifat mərhələsinin təyinatları müəyyənləşib
Futbol
11:06
Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 20 %-dən çox artıb
İnfrastruktur
11:04
"Bakı Metropoliteni"ndə dekarbonizasiya layihəsi üzrə ilkin missiya başa çatıb
İnfrastruktur
11:01
Naxçıvanda yeni ünvan verilmiş daşınmaz əmlak obyektlərinin sayı 32 %-dən çox artıb
İnfrastruktur
11:01
Davit Volkov Azərbaycan çempionatında eyni klubda 40 qol vuran 30-cu futbolçu olub
Futbol
10:59
"Araz-Naxçıvan" - "Uypest" oyununun təyinatları açıqlanıb
Futbol
10:58
Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir
Elm və təhsil
10:57
Naxçıvanda dövlət əmlakının icarəsindən daxilolmalar 53 %-ə yaxın artıb
Maliyyə