Azərbaycanın daha üç cüdoçusu dünya çempionatını medalsız başa vurub

Azərbaycanın daha üç cüdoçusu dünya çempionatını medalsız başa vurub Dünya çempionatı oktyabrın 13-də başa çatacaq
Fərdi
7 Oktyabr , 2022 12:15
Azərbaycanın daha üç cüdoçusu dünya çempionatını medalsız başa vurub

Azərbaycanın daha üç cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatınını medalsız başa vurub.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov 1/16 final mərhələsində Freddi Vayzeneggerə (Fransa) qalib gəlsə də, növbəti raundda Boqdan İadova (Ukrayna) uduzub.

Eyni çəkidəki Yaşar Nəcəfov 1/32 finalda Miad Nosratini (Qaçqın komandası) mübarizədən kənarlaşdırıb. Nəcəfov növbəti görüşdə Adrian Çinarronun (İspaniya) müqavimətini qıra bilməyib.

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva 1/32 finalda Binta Ndiayeyə (İsveçrə) yenilib.

Qeyd edək ki, Azərbaycan mundialda 11 cüdoçu ilə təmsil olunur. İlk yarış günündə Kəramət Hüseynov (60 kq) və Leyla Əliyeva (48 kq) medal qazana bilməyib. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.

08:33

Azərbaycanın daha üç cüdoçusu bu gün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov 1/16 final mərhələsində Freddi Vayzenegger (Fransa) / İsmael Alhasseyn (Niger) cütünün qalibi ilə üz-üzə gələcək.

Eyni çəkidəki Yaşar Nəcəfov 1/32 finalda Miad Nosrati (Qaçqın komandası) ilə görüşəcək.

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva 1/32 finalda Binta Ndiaye (İsveçrə) ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan mundialda 11 cüdoçu ilə təmsil olunur. İlk yarış günündə Kəramət Hüseynov (60 kq) və Leyla Əliyeva (48 kq) medal qazana bilməyib. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi