Böyük Dəbilqə: Azərbaycanın 4 cüdoçusu mübarizəyə qoşulur

Fərdi
  • 03 mart, 2023
  • 05:01
Böyük Dəbilqə: Azərbaycanın 4 cüdoçusu mübarizəyə qoşulur

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Böyük Dəbilqə start götürür.

“Report”un məlumatına görə, ilk gündə Azərbaycan millisinin 4 üzvü iki çəki dərəcəsində mübarizə aparacaq.

60 kq-da Əhməd Yusifov 1/16 finaldan, Rövşən Əliyev isə 1/8 finaldan yarışa qoşulacaq. Yusifovun rəqibi almaniyalı Moritz Plafki olacaq. Əliyev isə Nurkanat Serikbayev (Qazaxıstan) - Mutaz Xavca (Səudiyyə Ərəbistanı) cütünün qalibi ilə üz-üzə gələcək.

66 kq çəki dərəcəsində Azərbaycanın hər iki cüdoçusu 1/16 finaldan mübarizəyə başlayacaq. Kamran Süleymanov estoniyalı Vilcar Lipardı, Ruslan Paşayev isə almaniyalı Lennart Slamberqeri sınağa çəkəcək.

Qeyd edək ki, martın 5-dək davam edəcək Böyük Dəbilqədə Azərbaycan ümumilikdə 6 cüdoçu ilə təmsil olunur. Nəriman Mirzəyev və Rəşid Məmmədəliyev 73 kq çəki dərəcəsində çıxış edəcəklər.

Son xəbərlər

Bütün Xəbər Lenti