Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2034-cü il Qış Olimpiya Oyunlarının ABŞ-nin Solt-Leyk Siti şəhərində keçiriləcəyini açıqlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə qərar BOK-un Parisdə keçirilən 142-ci sessiyasında qəbul edilib.
BOK komissiyasının 83 üzvü qərarın lehinə, 6 nümayəndə isə əleyhinə səs verib.
Olimpiya Oyunları Solt-Leyk Siti şəhərində ikinci dəfə keçiriləcək. Daha əvvəl 2002-ci ildə sözügedən şəhər yarışlara ev sahibliyi edib.
Qeyd edək ki, 2030-cu ildə XXVI Qış Olimpiya Oyunları Fransa Alplarında keçiriləcək.