Baş katib: "Fiqurlu konkisürənimizin dünya çempionatında da yaxşı nəticə qazanmasını istəyirik"

Baş katib: "Fiqurlu konkisürənimizin dünya çempionatında da yaxşı nəticə qazanmasını istəyirik" Arina Kaluqina yeni idmançımızdır, dünya çempionatında da yaxşı nəticə qazanmasını istəyirik. Amma hələlik bu barədə proqnoz verə bilməyəcəyəm.
Fərdi
29 Yanvar , 2025 12:18
Baş katib: Fiqurlu konkisürənimizin dünya çempionatında da yaxşı nəticə qazanmasını istəyirik
Günel Bədəlova

Arina Kaluqina komandada yenidir, dünya çempionatında da yaxşı nəticə qazanmasını istəyirik. Amma hələlik bu barədə proqnoz verə bilməyəcəyəm.

Bunu "Report"a açıqlamasında Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova deyib.

Federasiya rəsmisi yeniyetmə fiqurlu konkisürənin Türkiyənin İzmir şəhərində keçirilən “Ephesus Cup”da üçüncü olması ilə bağlı fikirlərini bölüşüb:

"İlk qatıldığı beynəlxalq turnir idi və Azərbaycanı təmsil etdi. Bu yarışda da müvəffəqiyyətlə çıxış edərək üçüncü yeri tutdu və yeniyetmələr arasında dünya çempionatına vəqiqəni təmin etdi. Hazırda dünya çempionatında da yaxşı nəticə əldə etmək üçün intensiv çalışır, məşqlər edir".

Qeyd edək ki, Arina Kaluqina 21 idmançının mübarizə apardığı “Ephesus Cup”da 173.64 xalla üçüncü olub.

Son xəbərlər

Orphus sistemi