Penya: Aİ sazişi rədd etsə, MERCOSUR üstünlüyü Asiya bazarlarına verə bilər
- 21 dekabr, 2025
- 02:42
Avropa İttifaqı (Aİ) azad ticarət sazişinin imzalanmasını təxirə salmağa davam etsə, Cənubi Amerika Ümumi Bazarı (MERCOSUR) ölkələri Orta Asiyaya yeni ixrac imkanlarını nəzərdən keçirməyə hazırdırlar.
"Report"un məlumatına görə, Paraqvay lideri Santyaqo Penya bunu Braziliyada keçirilən birlik sammitində deyib.
"Biz sadəcə otura və Aİ-nin qərarını gözləyə bilmərik. Hesab edirəm ki, oxşar sazişlər bağlaya biləcəyimiz bir çox başqa ölkələr var. Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə böyük imkanlar görürük", - o deyib.
Dövlət başçısının sözlərinə görə, Aİ ölkələri hələ də azad ticarət sazişinin Cənubi Amerika iqtisadi birliyindən daha çox özlərinə daha çox ehtiyac duyduqlarını başa düşməyiblər. "Biz sanki qurbangahda gəlini gözləyən kürəkən rolundayıq", - Penya deyib.
Daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Aİ liderlərinə Aİ- MERCOSUR azad ticarət sazişinin imzalanmasının təxirə salındığını bildirmişdi. İmzalanma 2026-cı ilin yanvar ayında baş tuta bilər.