Qarşıma qoyduğum məqsədə çata bilmədim.
Bunu "Report"un Parisə ezam olunan əməkdaşına açıqlamasında akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko deyib.
İdmançı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı çıxışı barədə danışıb:
"Olimpiadada iştirak etməyim yaxşı hadisədir. Bununla belə, nəticə məni razı sala bilməz. Qarşıma qoyduğum məqsədə çata bilmədim. Fiziki hazırlığım qaydasındadır. Sadəcə, psixoloji cəhətdən yarışa tam hazır deyildim. Ümumiyyətlə, bu mövsüm mənim üçün çox da uğurlu keçmir. Bəzi rəqiblərim məni sözün yaxşı mənasında təəccübləndirdilər".
Qeyd edək ki, Diana Dımçenko bu gün mübarizə apardığı C finalında 2000 məsafəni 7 dəqiqə 35,19 saniyəyə qət edərək ümumi sıralamanı 17-ci yerdə bitirib.