Azərbaycanın üçqat paralimpiya çempionu Almaniyada daha bir medal qazanıb

Azərbaycanın üçqat paralimpiya çempionu Almaniyada daha bir medal qazanıb Azərbaycan para-üzgüçüsü Roman Saley dünya rekorduna imza atıb.
Fərdi
11 may 2023 19:10
Azərbaycanın üçqat paralimpiya çempionu Almaniyada daha bir medal qazanıb

Azərbaycan para-üzgüçüsü Roman Saley Almaniyanın paytaxtı Berlində keçirilən dünya seriyasının təsnifat mərhələsində daha bir medal qazanıb.

Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, o, 100 metr məsafəyə "butterfly" üsulu ilə üzmədə 57.83 saniyə nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Üçqat paralimpiya çempionu daha əvvəl 200 metr məsafəyə sərbəst üzmədə qızıl medal əldə edib.

18:08

Azərbaycan para-üzgüçüsü Roman Saley dünya rekorduna imza atıb.

Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, üçqat paralimpiya çempionu Almaniyanın paytaxtı Berlində keçirilən dünya seriyasının təsnifat mərhələsində 200 metrəyə sərbəst üzmədə 01.58.36 nəticə göstərib.

Dünya rekordunu yeniləyən idmançı yarışın final mərhələsinə vəsiqə qazanıb.

Bundan başqa, Saley 100 metr məsafəyə "butterfly" üsulu, millinin digər üzvü, paralimpiya çempionu Vəli İsrafilov isə 100 metrəyə brass üsulu ilə üzmədə finala yüksəliblər.

Son xəbərlər

Orphus sistemi