Azərbaycanın stolüstü tennisçiləri “WTT Youth Contender” turnirini 3 medalla başa vurub

Fərdi
  • 15 fevral, 2025
  • 14:45
Azərbaycanın stolüstü tennisçiləri  “WTT Youth Contender” turnirini 3 medalla başa vurub

Azərbaycanın stolüstü tennisçiləri Türkiyənin Nevşehir şəhərində təşkil olunan “WTT Youth Contender” turnirini 3 medalla başa vurub.

Federasiyadan "Report"a verilən məlumata görə, yarışın son günündə U-15 kateqoriyasının şəxsi turnirində mübarizə aparan Onur Quluzadə komandanın aktivinə növbəti medalı yazdırıb.

Yarımfinalda Türkiyə təmsilçisi Kenan Kahramanla qarşılaşan idmançı 2:3 hesabı ilə məğlub oıaraq bürünc mukafatla kifayətlənib.

Qeyd edək ki, O.Quluzadə U-17 kateqoriyasında da fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı. Qarışıq-qoşa yarışında isə Onur Quluzadə və Yağmur Məmmədli cütlüyü U-15 kateqoriyasında baş mükafata layiq görülmüşdü.

Son xəbərlər

Bütün Xəbər Lenti