Azərbaycanın parataekvondo üzrə milli komandasının baş məşqçisi vəfat edib

Fərdi
  • 30 iyun, 2018
  • 09:42
Azərbaycanın parataekvondo üzrə milli komandasının baş məşqçisi vəfat edib

Bakı. 30 iyun. REPORT.AZ/ Parataekvondo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Əvəz Tağıyev vəfat edib. 

Azərbaycan Taekvondo Federasiyasından "Report"a verilən məlumata görə, əməkdar məşqçi uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişib.

Ə.Tağıyev Avropa Oyunlarının qalibi Ayxan Tağızadənin atasıdır.  

Allah rəhmət eləsin...