Azərbaycanın parakarateçisi Emiliya Mitlinova Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
"Report"un məlumatına görə, o, finalda Çexiya təmsilçisi Veroniki Kamenskini məğlub edib.
Qeyd edək ki, daha əvvəl karateçi İrina Zaretska (68 kq) dünya çempionu olub.