Azərbaycanın cüdo millisi Avropa Kubokunda birinci yeri tutub
Fərdi
- 04 avqust, 2025
- 12:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gənc cüdoçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilmiş Avropa Kubokunda 26 ölkə arasında ümumi komanda hesabında birinci yeri tutub.
"Report" xəbər verir ki, son yarış günündə daha 2 idmançı qızıl medal əldə edib.
Süleyman Şükürov (81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, daha əvvəl Nihad Məmişov (60 kq), Əbil Yusubov (73 kq) qızıl, Fərid Qarayev (60 kq) gümüş, Məhəmməd Musayev (66 kq) isə bürünc medal əldə edib.
Azərbaycan millisi yekunda 4 qızıl, 1 gümüş və 1 bürünc medalla 26 ölkə arasında ümumi komanda hesabında birinci olub.
Son xəbərlər
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr
04:57
Rubio: Vens prezident seçkilərində iştirak etsə, onu dəstəkləyəcəyəm
Digər ölkələr
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr
02:49
Zonqulkdakda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Region
02:29
Tramp: Ukrayna ilə bağlı saziş bütün Avropaya təsir edə bilər
Digər ölkələr