Azərbaycanın çimərlik güləşçiləri Rumıniyada 2 gümüş medal qazanıb

Azərbaycanın çimərlik güləşçiləri Rumıniyada 2 gümüş medal qazanıb Azərbaycanın çimərlik güləşçiləri Rumıniyanın Timişoara şəhərində keçirilən Dünya Seriyasında iki gümüş medal qazanıb.
Fərdi
22 İyul , 2024 16:47
Azərbaycanın çimərlik güləşçiləri Rumıniyada 2 gümüş medal qazanıb

Azərbaycanın çimərlik güləşçiləri Rumıniyanın Timişoara şəhərində keçirilən Dünya Seriyasında 2 gümüş medal qazanıb.

"Report" xəbər verir ki, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında ölkəmizi Rəşid Babazadə (70 kq), Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edib.

Rəşid Babazadə ukraynalı Aleksey Boruta (1:1), yunanıstanlı Vasileos Kesidisə (3:0) və amerikalı Miçel Brauna (2:1) qalib gələrək A qrupunda birinci yeri tutub. Güləşçimiz 1/4 finalda rumıniyalı Razvan Kovaçı (3:0), yarımfinalda isə ukraynalı İvan Semyonovu (3:0) üstələyib. Finalda türkiyəli Yunus Coşkuna minimal fərqlə (0:1) uduzan güləşçi gümüş medalı boynundan asıb ki, bu da Rəşidin bu növdə ilk medalı olub.

Ramiz Həsənov A qrupunda moldovalı Yon Marku (2:0), fransalı Huqo Kueno (+:-) və amerikalı Hunter Qarvinə (2:0) qalib gəlib. Qrup lideri kimi yarıımfinala yüksələn Həsənov finalın bir addımlığında ABŞ təmsilçisi Daniel Kardenasa (1:2), üçüncü yer uğrunda görüşdə isə moldovalı Vasile Diakona (0:2) məğlub olub.

İbrahim Yusubov moldovalı Trayan Kapatina (3:0), ukraynalı Nazar Dod (3:0) və yunanıstanlı Xristos Samartsidisi (+:-) məyus edərək A qrupunda ilk pilləni tutub. Dünya çempionu yarımfinalda ukraynalı Aleksey Yakovçuka şans tanımayıb – 3:0. O, öncəki mərhələdə olduğu kimi, yenə finalda moldovalı Trayan Kapatinaya məğlub olub (2:4) və növbəti dəfə gümüş medalla kifayətlənib.

Azərbaycan millisi 52 xalla ikinci yeri tutub. Komanda çempion olan Türkiyədən cəmi 2 xal geri qalıb. ABŞ 45 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Dünya Seriyasının 4-cü mərhələsi sentyabrın 21-22-də Yunanıstanın Katerini şəhərində baş tutacaq.

Son xəbərlər

Orphus sistemi