Azərbaycanın bədii gimnastları Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən "Gymnastic lnternational 2024" turnirində uğurlu çıxış ediblər.
"Report"un məlumatına görə, gənc idmançılardan Şəms Ağahüseynova gümüş, İlahə Bahadırova bürünc medal qazanıb.
Onlar müvafiq olaraq lent və topla hərəkətlərin icrasına görə mükafata layiq görülüblər.