Azərbaycanın 31 cüdoçusu Avstriyada beynəlxalq toplanışa qatılıb
Fərdi
- 07 yanvar, 2026
- 13:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kişi və qadın cüdoçulardan ibarət Azərbaycan millisi Avstriyanın Mitterzill şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıb.
Azərbaycan Cüdo Federasiyasından (ACF) "Report"a verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən Olimpiya Təlim Düşərgəsinə ACF-nin vitse-prezidenti Elnur Məmmədli, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və qadınlardan ibarət komandanın baş məşqçisi Amina Abdellatif də yollanıb.
Azərbaycanın 31 cüdoçusu (9 qadın və 22 kişi) toplanışda iştirak edir.
Dünyanın ən böyük və nüfuzlu təlim düşərgəsinə 50 ölkədən 900-dən çox idmançı qatılıb.
Son xəbərlər
08:12
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur
08:06
ABŞ Rusiya qazının Avropaya tədarükünün bərpasını dəstəkləyir
Digər ölkələr
07:43
KXDR nüvə çəkindirmə qüvvələrini gücləndirməkdən imtina etməyəcəyini bəyan edib
Digər ölkələr
07:17
Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında tanker hücuma məruz qalıb
Digər ölkələr
06:48
Britaniya yeni döyüş gəmilərinin istehsalını sürətləndirməyi nəzərdən keçirir
Digər ölkələr
06:17
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib
Digər ölkələr
05:44
Rusiya FHN-nin mobil tətbiqi kiberhücuma məruz qalıb
Region
05:08
Çin Afrikaya müasir silahların tədarükünü genişləndirir
Digər ölkələr
04:39
Serbiyada təkrar parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Digər ölkələr