Azərbaycanda voleybol məşqçiləri (uşaq voleybolu və peşəkar voleybol) üçün seminarlar təşkil olunacaq.
"Report" xəbər verir ki, seminarlar Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun və Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə Milli İdman Sistemlərinin İnkişafı (DNSS) proqramı çərçivəsində baş tutacaq.
Seminarları FIVB-nin təlimatçı-eksperti Atanasios Papageorgiu və məşqçi-instruktoru, AVF-nin Təhsil şurasının rəhbəri Cengiz Akarçeşme keçəcəklər. Ümumilikdə dörd seminar təşkil olunacaq ki, bunlardan üçü Bakıda, biri isə Gəncədə baş tutacaq.
Proqram
29.08.2024
Aşağı yaş qrupları üzrə məşqçilər (Gəncə)
31.08.2024
Aşağı yaş qrupları üzrə məşqçilər (Bakı)
01.09.2024
Yüksək liqa komandalarının məşqçiləri (Bakı)
02.09.2024
Çimərlik voleybolu məşqçiləri (Bakı)
Qeyd edək ki, seminarlarda aşağı yaş qrupu üzrə məşqçi-müəllimlər, çimərlik voleybol üzrə məşqçilər və Yüksək liqa komandalarında çalışan məşqçilər iştirak edə biləcəklər.