Azərbaycanda Milli Yaylaq Festivalı yenidən keçiriləcək

Azərbaycanda Milli Yaylaq Festivalı yenidən keçiriləcək Gədəbəy rayonunda Milli Yaylaq Festivalı yenidən keçiriləcək.
Fərdi
5 Mart , 2022 13:48
Azərbaycanda Milli Yaylaq Festivalı yenidən keçiriləcək

Gədəbəy rayonunda Milli Yaylaq Festivalı yenidən keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə Dünya Etnosport Federasiyasının prezidenti Bilal Erdoğan jurnalistlərə açıqlamasında deyib.

O, ilk belə festivalın 2019-cu ildə təşkil olunduğunu xatırladıb: "Gədəbəydəki festivalın bu il də pandemiyadan sonra yenidən keçirilə biləcəyini düşünürük. Bənzər festivalın Bakıda daha çox xalqın iştirakı ilə təşkili çox gözəl olacaq. Bununla bağlı Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovla danışdıq".

B.Erdoğan etnosportun təkcə Azərbaycanda deyil, dünyada da tanıdılmasının gərəkliyini vurğulayıb: "Biz burada ənənəvi idman növlərinin dünyada danışılmasını təmin edirik. Hazırda 45-dən çox ölkə etnosportla maraqlanır. Azərbaycanda ənənəvi idman növlərinin inkişafı üçün çox ciddi gözləntilər var. Bunu təkcə Azərbaycanda deyil, dünyada da tanınmasını təmin etməyimiz lazımdır. Çünki biz öz mədəniyyətimizi xaricdə tanıtdıqda, bunu çox gözəl mərasimlər, yarışmalarla etdikdə ölkələrimizin inkişafını, çəkisini artırmağa başlayır, bütün üzv ölkələrimizə tanıtmağa çalışırıq. Yəni, kənardan mədəniyyət idxal etmək əvəzinə öz mədəniyyətimizi dünyaya tanıtsaq, ölkələr arasında müsbət münasibətlər daha da artar. Azərbaycanın da bunu etdiyini görürük".

Son xəbərlər

Orphus sistemi