Azərbaycan şahmatçısı Gürcüstanda keçirilən beynəlxaq turnirdə ikinci yeri tutub

Azərbaycan şahmatçısı Gürcüstanda keçirilən beynəlxaq turnirdə ikinci yeri tutub Azərbaycan şahmatçısı Gürcüstanın Batumi şəhərində “8th International Chess Festival – Batumi Municipality Cup-2024” adlı beynəlxalq turnirdə uğurlu çıxış edib.
Fərdi
15 İyul , 2024 17:08
Azərbaycan şahmatçısı Gürcüstanda keçirilən beynəlxaq turnirdə ikinci yeri tutub

Azərbaycan şahmatçısı Mirsaleh Seyidli Gürcüstanın Batumi şəhərində “8th International Chess Festival – Batumi Municipality Cup-2024” beynəlxalq turnirində uğurlu çıxış edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, Naxçıvan Şahmat Mərkəzinin şagirdi B qrupunda 9 oyuna 6 xal toplayaraq 16 yaşadək şahmatçılar arasında ikinci olub.

Digər Naxçıvan şahmatçılarından Bəxtiyar Cəfərli və Amin Mirzəzadə yarım xallıq fərqlə mükafatçılar sırasından kənarda qalıblar.

Qeyd edək ki, 23 ölkədən 434 şahmatçının qatıldığı festivalda müvafiq reytinq göstəricilərinə əsasən A B, C qruplarında, o cümlədən 8,10 və12 yaşadək oğlan və qızlar arasında görüşlər keçirilib.

Son xəbərlər

Orphus sistemi