Azərbaycanın daha bir paraatleti Yaponiyada dünya çempionu olub
Fərdi
- 20 may, 2024
- 06:10
Azərbaycanın paraatleti Səid Nəcəfzadə Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
"Report" xəbər verir ki, o, T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.30 metr nəticə ilə birinci olub.
Qeyd edək ki, daha əvvəl Avropa çempionu olan idmançı ilk dəfə mundialda qızıl medala yiyələnib. Səid Nəcəfzadə ötən il Parisdə təşkil edilən dünya çempionatında bürünc medala sahib çıxıb. İdmançı Tokio paralimpiadasının bürünc medalçısıdır. İki gün əvvəl paraatlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda milli komandamıza ilk qızıl medalı qazandırıb.
Son xəbərlər
17:31
Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Ekologiya17:26
Foto
Xocalı və Ağdərədə 34 ildən sonra sakinlər taxıl biçini aparır
ASK17:24
Son bir həftədə yaşıllıqlara 36 min manatdan çox ziyan dəyib
Ekologiya17:17
Foto
Cəlilabad və Biləsuvardan olan fermerlərə 10 min manatdan çox sığorta ödənişləri edilib
ASK17:14
FIFA Venesuelada zəlzələ qurbanlarına kömək üçün 1 milyon dollar ianə edəcək
Futbol16:59
Moldovanın hakim partiyası baş nazir vəzifəsinə Tofanın namizədliyini irəli sürəcək
Digər ölkələr16:45
"Qaradağ Şüşə Zavodu" özəlləşdirilib
Biznes16:44
ADY bu ilin altı ayında 484 min tona yaxın kükürd və əlaqəli mallar daşıyıb
İnfrastruktur16:36