Azərbaycan karateçisi Premyer Liqanın finalına vəsiqə qazanıb

Azərbaycan karateçisi Premyer Liqanın finalına vəsiqə qazanıb Bakıda keçirilən karate üzrə Premyer Liqa yarışına Azərbaycan idmançıları uğurla start verib.
Fərdi
2 Sentyabr , 2022 19:00
Azərbaycan karateçisi Premyer Liqanın finalına vəsiqə qazanıb

Bakıda keçirilən karate üzrə Premyer Liqa yarışında Azərbaycanın bir karateçisi finala çıxıb.

"Report"un məlumatına görə, Əminağa Quliyev (60 kq) yarımfinalda Xristos-Stefanos Ksenosla (Yunanıstan) görüşüb.

Döyüşdə hesab açılmasa da, qələbə Azərbaycan idmançısına verilib. Əminağa Quliyev sentyabrın 4-də Kərim Aboeitta (Misir) ilə final görüşünə çıxacaq.

İslamiadanın mükafatçısı Tural Ağalarzadənin (66 kq) isə bürünc medal qazanmaq şansı var. Onun 1/4 finalda uduzduğu Steven da Kosta (Fransa) finala çıxdığından, bürünc medal üçün təsəlliverici yarışa qatılacaq. Onun rəqibi Hiroki Nakano (Yaponiya) olacaq.

Qeyd edək ki, sentyabrın 4-də bürünc medal uğrunda döyüşlər saat 10:30-dan, final görüşləri isə 15:30-dan etibarən başlayacaq.

18:49

Bakıda start götürən karate üzrə Premyer Liqa yarışına Azərbaycanın bir karateçisi yarımfinala çıxıb.

"Report"un xəbərinə görə, Əminağa Quliyev (60 kq) 1/4 finalda Eray Şamdana (Türkiyə) 4:3 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Sultan Hüseynov (60 kq) Kaysar Alpısbəyə (Qazaxıstan), Tural Ağalarzadə (66 kq) Steven da Kostaya (Fransa) və son Avropa və İslamiada mükafatçısı Mədinə Sadıqova (55 kq) Tuba Yakana (Türkiyə) 1/4 finalda uduzub.

Qeyd edək ki, bu gün Azərbaycanın 8 karetisi tatamiyə çıxıb. Qrup görüşlərində Rafiz Həsənov, Firdovsi Fərzəliyev (hər ikisi 66 kq), Fərid Ağayev (75 kq) və İnci Əzizova (50 kq) mübarizə aparsa da, mərhələ adlaya bilməyiblər.

Xatırladaq ki, Bakıda keçirilən Premyer Liqa yarışına sentyabrın 4-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi