Azərbaycan idmançısı güc idman növündə dünya çempionu olub
Fərdi
- 06 dekabr, 2023
- 14:00
Azərbaycan idmançısı Əli Əsgərov güc idman növündə dünya çempionu olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, o, Rusiyanın paytaxtı Moskvada keçirilən ilk dünya çempionatında (“World Championship Powersport WPSO”) birinci yeri tutub.
Benç press növündə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı 190 kiloqramlıq ştanqı sinəsi üzərinə qaldırıb. Yarışda dünyanın müxtəlif ölkələrindən 300-dən çox idmançı mübarizə aparıb.
Qeyd edək ki, Naxçıvan regional miqrasiya baş idarəsində çalışan Əli Əsgərovun güc idman növləri üzrə Avrasiya çempionluğu, pauerliftinq üzrə dünya üçüncülüyü, Azərbaycan çempionluğu, ölkə Qran-prisində birinciliyi var.
Son xəbərlər
19:50
Tramp: Hazırkı İran liderləri daha ağıllıdır
Digər ölkələr19:45
Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Xarici siyasət19:41
İran ordusu ABŞ-nin bazalarına PUA hücumu edib
Region19:35
Tramp neft və pula görə İranla müharibəni davam etdirmək istədiyini açıqlayıb
Digər ölkələr19:34
Rusiyada futbol matçı zamanı tribunada azarkeş həyatını itirib
Futbol19:26
Qazaxıstanın 58 universitetində 333 Azərbaycanın vətəndaşı təhsil alır
Elm və təhsil19:24
"Azərpambıq" ixracdan iki ayda 7 milyon dollara yaxın gəlir əldə edib
ASK19:22
Tramp: İran indi bir ay əvvəlkindən daha zəifdir
Digər ölkələr19:19
Foto