Fərid Qayıbov: "Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 120-dən çox medal qazanıblar"

Fərid Qayıbov: "Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 120-dən çox medal qazanıblar" Bu barədə gənclər və idman naziri öz qeydində bildirib
Fərdi
6 Dekabr , 2022 12:32
Fərid Qayıbov: Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 120-dən çox medal qazanıblar
Fərid Qayıbov

"Azərbaycan idmançıları noyabrda beynəlxalq turnirdə 120-dən çox medal qazanıblar".

"Report" xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov qurumun rəsmi saytındakı qeydində bildirib.

Nazir ötən ay Bakıda cüdo üzrə Böyük Dəbilqə turnirinin və yunan-Roma güləşi üzrə Dünya Kubokunun təşkil olunduğunu xatırladıb.

Bundan əlavə, F. Qayıbov Zəfər Günü münasibəti ilə "Qələbə qaçışı"nın və Şəkidə ilk idman festivalının maraqla qarşılandığını vurğulayıb.

O, Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinin məhz bu ayda başa çatdığını, həmçinin Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dövlət qurumları arasında ilk dəfə keçirilən yarışa start verildiyini yazıb.

Nazir idman qurğularının fəaliyyətinin diqqət mərkəzində olduğunu və bölgələrdəki bir neçə belə obyektə səfər etdiklərini bildirib.

Son xəbərlər

Orphus sistemi