Azərbaycan gimnastika yığması Avropa çempionatında 2 qızıl medal qazanıb - YENİLƏNİB

Azərbaycan gimnastika yığması Avropa çempionatında 2 qızıl medal qazanıb - YENİLƏNİB Akrobatika gimnastikası üzrə Azərbaycan yığması Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında 2 qızıl meda qazanıb.
Fərdi
21 Oktyabr , 2023 21:03
Azərbaycan gimnastika yığması Avropa çempionatında 2 qızıl medal qazanıb - YENİLƏNİB

Akrobatika gimnastikası üzrə Azərbaycan yığması Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında 2 qızıl meda qazanıb.

“Report”un məlumatına görə, idmançılarımız çoxnövçülük proqramında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, həmçinin, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü Avropa çempionu olub.

Qeyd edək ki, bu gün Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) qitə birinciliyində gümüş medala yiyələnib.

16:47

Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında gümüş medal qazanıblar.

“Report” xəbər verir ki, Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) bu nailiyyətə imza atıb.

Onlar çoxnövçülük proqramında ikinci yeri tutublar.

Son xəbərlər

Orphus sistemi