Kişi boksçulardan ibarət Azərbaycan millisi ABŞ-yə yollanıb.
Federasiyadan "Report"a verilən məlumata görə, olimpiya çəki dərəcələri üzrə yığma üzvləri lisenziya turnirlərinə və Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığı Koloradoda davam etdirəcək.
Təlim-məşq toplanışında baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərli altında 9 boksçu iştirak.
Mütəxəssislər Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov, Şamil Əsgərov (hər ikisi 57 kq), Tayfur Əliyev, Malik Həsənov (hər ikisi 63,5 kq), Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevi (+92 kq) yoxlayacaqlar.
Toplanış çərçivəsində yerli boksçularla birgə məşqlər və sınaq döyüşlərinin keçirilməsi də planlaşdırılır. Hazırlıq fevralın 1-dək davam edəcək.
Qeyd edək ki, daha əvvəl Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024-ə lisenziyanı Avropa Oyunlarında qazanıb.