Azərbaycan badmintonçusu İranda gümüş medal qazanıb
Fərdi
- 03 fevral, 2025
- 08:28
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra İranda keçirilən XXXIII “Iran Fajr International Challenge” turnirində gümüş medal qazanıb.
"Report" Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qadın badmintonçuların şəxsi yarışında mübarizəyə 1/32 finaldan başlayan 21 yaşlı milli üzvü finala gedən yolda İran, Türkiyə, Bolqarıstan və Hindistandan olan rəqiblərinə qalib gəlib.
Keişa qızıl medal uğrunda keçirilən həlledici qarşılaşmada Türkiyə badmintonçusu Neslihan Arınla üz-üzə gəlib. Oyun turnirin reytinq favoriti olan rəqibin 2:0 (21:17, 21:14) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Keişa Fatimə Zəhra hazırda Dünya Badminton Federasiyasının reytinq siyahısında 49-cu sırada qərarlaşıb.
Son xəbərlər
17:09
Azərbaycan Qvatemalada avokado tədarük etməyə başlayıb
Biznes17:08
Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının tədbirində təmsil olunub
İnfrastruktur17:00
BƏƏ-nin HHM sistemləri İranın 7 ballistik raketini və 27 PUA-nı ələ keçirib
Digər ölkələr16:58
Foto
Ümumdünya Böyrək Gününə həsr olunan "Urologiya və Nefrologiya Elmi Toplantısı" keçirilib
Sağlamlıq16:55
"Gəncə Sukanal" ləğv olunur
İnfrastruktur16:54
Heqset: ABŞ tezliklə İranın müdafiə kompleksini məhv edəcək
Digər ölkələr16:49
İlber Ortaylı vəfat edib
Region16:46
Azərbaycanda 2025-ci ildə orta hesabla hər gün 53 yanğın baş verib
Hadisə16:45