Azərbaycan badmintonçuları beynəlxalq turnirdə beş medal qazanıblar

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə beş medal qazanıblar Azərbaycanın yeniyetmə badmintonçuları Kiprin paytaxtı Nikosiyada keçirilən "Cyprus International 2023" beynəlxalq turnirində 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.
Fərdi
18 Dekabr , 2023 10:22
Azərbaycan badmintonçuları beynəlxalq turnirdə beş medal qazanıblar

Azərbaycanın yeniyetmə badmintonçuları Kiprin paytaxtı Nikosiyada keçirilən "Cyprus International 2023" beynəlxalq turnirində 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

Federasiyadan "Report"a verilən məlumata görə, Əli Gözəlov 15 yaşadək oğlanların şəxsi yarışında qızıl medal qazanıb.

İdmançı Polşa, Yunanıstan və Kipr təmsilçilərinə qalib gələrək müvafiq kateqoriya üzrə ən güclü olub.

15 yaşadək badmintonçuların şəxsi yarışında finala kimi irəliləyən Leyla Camalzadə isə gümüş medalla kifayətlənib.

Leyla Camalzadə - Aysu Kərimzadə tandemi bu yaş kateqoriyası üzrə qızların qoşa yarışında finala kimi yüksələrək gümüş medala yiyələnib. Əli Gözəlov və Aysu Kərimzadə 15 yaşadək badmintonçuların qarışıq-qoşa kateqoriyasında bürünc medala sahib çıxıb.

Sərxan Bağırov - Əli Gözəlov cütlüyü isə 17 yaşadək idmançıların mübarizəsində ilk "üçlük"də yer alaraq bürünc medal əldə edib.

Yeniyetmə badmintonçularımız bu il İsrail, Xorvatiya və Serbiyada keçirilən beynəlxalq turnirlərdə dəfələrlə fəxri kürsüdə yer alaraq müxtəlif əyarlı medallar qazanıblar.

Son xəbərlər

Orphus sistemi