Avarçəkmə üzrə Azərbaycan çempionatı başa çatıb
Fərdi
- 03 sentyabr, 2025
- 15:33
Avarçəkmə üzrə Azərbaycan çempionatı başa çatıb.
Bu barədə "Report"a Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən bildirilib.
Yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Avarçəkənlər turnirin ikinci günündə akademik, kayak və kanoe növlərində 7 dəst medal uğrunda mübarizə aparıblar.
Qaliblər diplom və medallarla mükafatlandırılıblar. Yarışda fərqlənən avarçəkənlər sentyabr və oktyabrda ölkəmizdə keçiriləcək III MDB Oyunlarında mübarizə aparacaqlar.
Qeyd edək ki, III MDB Oyunlarında avarçəkmə yarışları "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq. Azərbaycan çempionatı həm də MDB Oyunlarına hazırlıq və test xarakteri daşıyıb.
Son xəbərlər
18:33
Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb
Futbol18:27
Türkiyədə hərbi maşın aşıb, ölən və yaralananlar var
Region18:25
Diplomatik korpus Şuşada qala divarlarını ziyarət edib
Xarici siyasət18:08
Azərbaycanın yunan-Roma güləşi millisi toplanışa başlayır
Fərdi18:07
Foto
Video
Diplomatik korpusun nümayəndələri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisini ziyarət ediblər
Xarici siyasət17:59
Foto
Diplomatik korpus Şuşada Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin büstlərinə baxış keçiriblər
Qarabağ17:55
Foto
Azərbaycanda fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Sağlamlıq17:53
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
Ekologiya17:51