Ahmed Alpərən Tunqa: Azərbaycanın körlinqdə ilk "onluq"da olmasına çalışacağıq

Ahmed Alpərən Tunqa: Azərbaycanın körlinqdə ilk "onluq"da olmasına çalışacağıq Azərbaycanda da bu idman növünü yaradıb dünya reytinqində ilk "onluğ"a düşməyə çalışacağıq.
Fərdi
8 May , 2024 12:22
Ahmed Alpərən Tunqa: Azərbaycanın körlinqdə ilk onluqda olmasına çalışacağıq

Azərbaycanda da bu idman növünü yaradıb, dünya reytinqində ilk "onluğ"a düşməyə çalışacağıq.

"Report" xəbər verir ki, bu sözləri Azərbaycanda yeni yaradılan körlinq idman növü üzrə məşqçi kimi fəaliyyət göstərəcək Ahmed Alpərən Tunqa jurnalistlərə açıqlamasında deyib.

Məşqçi Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən brifinqdə bu idman növünü Azərbaycanda inkişaf etdirib, reytinqdə daha irəliyə aparmağa çalışacaqlarını söyləyib: "Azərbaycana Türkiyədən gəldim. Türkiyədə bu idman növü 2011-ci ildə yaradılıb. Bu baxımdan ilk "10-luq"da yer alırıq. Bunu Azərbaycana da gətirməyə çalışırıq. Hətta gətirmişik və mənimlə birlikdə başlayacağıq. Təbii ki, buz idman növlərinin Azərbaycanda yeni-yeni inkişaf etdiyini nəzərə alsaq, körlinq çalışmalarımız da əvvəl-əvvəl çətin olacaq. Ancaq federasiyalar arasında əlaqələrə görə bu işin daha asan olacağını düşünürəm. İnşallah, körlinqi Azərbaycanda da yaradıb, dünya reytinqində ilk "onluğ"a düşməyə çalışacağıq".

Son xəbərlər

Orphus sistemi