Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku başa çatıb, ən yaxşılar müəyyən edilib

Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku başa çatıb, ən yaxşılar müəyyən edilib Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna yekun vurulub.
Fərdi
17 Dekabr , 2023 18:08
Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku başa çatıb, ən yaxşılar müəyyən edilib

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna yekun vurulub.

"Report" xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayıb.

Qadınlarda Samirə Rzayeva (45 kq), Nazilə İsmayılova (49 kq), Selcan Qarayeva (55 kq), Dinara İbrahimli (59 kq), Fazilə İmanova (64 kq) və Rahilə Hüseynzadə (81 kq) kubokun qalibi adını qazanıblar.

Kişilərdə isə Dəniz Cabbarlı (55 kq), Elşən Məmmədov (61 kq), Tehran Məmmədov (67 kq), Paşa İbrahimli (73 kq), Füqan Əliyev (81 kq), Nurlan Məmmədzadə (89 kq), Yaşar Qurbanov (96 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (+109 kq) çempion olublar.

Əlavə olaraq, Azərbaycan Kubokunun ən yaxşı qadın və ən yaxşı kişi idmançısı, həmçinin komandalar arasında ən yaxşılar müəyyənləşib.

Ən yaxşı qadın idmançısı adına Nazilə İsmayılova layiq görülüb. Kişilərdə isə bu ada Dadaş Dadaşbəyli sahib çıxıb. Onlar mütləq qalib elan ediliblər.

Komandaların yarışında Azərbaycan Kubokunun qalibi Qazax rayonu yığması olub. Lənkəran 2-ci, Qobustan 3-cü yeri tutub.

Azərbaycan Kubokunun təşkilində məqsəd ağırlıqqaldırmanın bölgələrdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətləri və klublarında bu idman növünün səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli idmançıların aşkar edilməsi, texniki cəhətdən hazırlıqlı və müvafiq tələbləri yerinə yetirən idmançıların yığma komandalara seçilməsi, Paris-2024 Yay Olimpiya Oyunların təsnifat xarakteri daşıyan Avropa çempionatında iştirak edəcək heyətin müəyyən olunması olub.

Son xəbərlər

Orphus sistemi