AAF prezidenti: "Ultramarafonun Xankəndidə baş tutması mənim üçün xüsusi məqamdır"

AAF prezidenti: "Ultramarafonun Xankəndidə baş tutması mənim üçün xüsusi məqamdır" Ultramarafonun Xankəndidə baş tutması mənim üçün xüsusi məqamdır.
Fərdi
13 aprel 2025 17:22
AAF prezidenti: Ultramarafonun Xankəndidə baş tutması mənim üçün xüsusi məqamdır

Ultramarafonun Xankəndidə baş tutması mənim üçün xüsusi məqamdır.

"Report" xəbər verir ki, bunu Qəbələ - Xankəndi ultramarafonundan sonra jurnalistlərə açıqlamasında Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Cavid Qurbanov deyib.

O, yarışın yüksək səviyyədə təşkil olunduğunu söyləyib:

"Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə artıq bu möhtəşəm yarış ikinci dəfədir ki, keçirilir. Sevindirici haldır ki, ultramarafona hər il maraq bir qədər də artır. Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan gəncliyini sağlam həyat tərzinə sövq etməkdir. Bu gün yarışın Xankəndidə baş tutması mənim üçün xüsusi məqamdır. Çünki mən də Qarabağ zonasında dünyaya göz açmışam. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, xalqımızın qəhrəmanlığı və ordumuzun şücaəti sayəsində bu gün burada - Xankəndinin mərkəzində yarış keçiririk".

Orphus sistemi