20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan cüdo yarışı keçiriləcək
Fərdi
- 17 yanvar, 2025
- 14:08
Azərbaycan Cüdo Federasiyasının (ACF) və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan 15 yaşa qədər kiçik yaşlı yeniyetmə qızlar və oğlanlar arasında region birinciliyi keçiriləcək.
"Report" xəbər verir ki, yanvarın 18-dən 19-dək keçiriləcək yarış Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq.
Birincilikdə qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində 200-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Yarışın əsas məqsədi yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Yarış müvafiq yaş qrupu üzrə baş tutacaq ölkə birinciliyinə seçim xarakteri daşıyır.
Son xəbərlər
17:21
"Fitch Ratings" İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib
Maliyyə17:20
Bakı metrosundakı bugünkü hadisə ilə bağlı 2 nəfər xəstəxanaya aparılıb, 9-na yerində yardım edilib
Sağlamlıq17:11
Foto
Şükrü Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Milli Gimnastika Arenasında olub
Fərdi17:11
Tramp İranla atəşkəs rejimini uzatmaq istəmir
Digər ölkələr17:10
Cozef Aun: İsraillə danışıqlara razılıq vermək Livanın təslim olması demək deyil
Digər ölkələr17:09
Çağrı Mərkəzi olmayan qurumların çağrı xidmətləri "108" Çağrı Mərkəzi ilə göstəriləcək
Daxili siyasət17:06
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb
Hadisə17:05
Məhəmməd Muradlı: "Aydın Süleymanlı ilə bir-birimizi üstələməkdə çətinlik çəkirik"
Fərdi17:01