Yusuf Leblebici: “SOCAR Türkiyə” və Sabancı Universiteti hidrogen layihəsi üzərində çalışır

Yusuf Leblebici: “SOCAR Türkiyə” və Sabancı Universiteti hidrogen layihəsi üzərində çalışır SOCAR-ın vitse-prezidenti Sabancı Universitetinin rektoru ilə görüşüb
Energetika
15 İyun , 2024 20:42
Yusuf Leblebici: “SOCAR Türkiyə” və Sabancı Universiteti hidrogen layihəsi üzərində çalışır

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva Türkiyənin Sabancı Universitetinin rektoru Yusuf Leblebici ilə görüşüb.

SOCAR-ın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüşdə şirkətin insan kapitalının inkişafına xüsusi əhəmiyyət verdiyini, bu istiqamətdə müxtəlif layihələr həyata keçirdiyini bildirən Z.Mustafayeva xüsusilə təhsil sahəsinin inkişafı ilə bağlı bir sıra səmərəli tədbirlərin reallaşdırıldığını deyib.

Z.Mustafayeva BANM-nin fəaliyyətindən, ali məktəbin əldə etdiyi yüksək nailiyyətlərdən bəhs edib.

BANM-in rektoru Elmar Qasımov bu günlərdə Sabancı Universitetinin rektoru Yusuf Leblebicinin rəhbərliyi ilə nümayəndə heyətinin ali məktəbdə olduğunu və tərəflər arasında əməkdaşlığın uğurla davam etdirildiyini deyib.

Sabancı Universitetinin rektoru Yusuf Leblebici görüşə görə minnətdarlığını bildirərək, hazırda “SOCAR Türkiyə” və Sabancı Universitetinin hidrogen layihəsi üzərində birgə çalışdığını qeyd edib, əməkdaşlıqdan məmnunluğunu söyləyib. Rektor tərəflər arasındakı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən “SOCAR Enerji Məktəbi”nin uğurlarından bəhs edib.

Son xəbərlər

Orphus sistemi