Bakı. 21 may. REPORT.AZ/ Yaponiya ilk dəfə Amerikadan maye şist qazı idxal edib.
"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, maye qaz tankeri Yaponiyanın Yokohama limanına çatıb.
İlk yükün həcmi 70 min ton olub. Bu da 220 min ev təsərrüfatını bir il müddətində qazla təmin etməyə kifayət edir.
Qeyd edək ki, qazın idxalı ilə bağlı müqaviləni ABŞ-la "Tokyo Gas" şirkəti 20 il müddətinə bağlayıb. Bu müddət ərzində ABŞ Yaponiyaya 1,4 mln.ton maye şist qazı ixrac edəcək.