Bakı. 28 sentyabr. REPORT.AZ/ Rusiya ilə Ukrayna Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə qazın alqı-satqısının bərpa edilməsi ilə bağlı razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç məlumat verib.
M.Şefçoviçin sözlərinə görə, Brüsseldə (Belçika) altı saat davam edən müzakirələr zamanı bütün texniki məsələlər dəqiqləşdirilib.
Bu ilin oktyabrından gələn ilin mart ayınadək olan dövrü əhatə edəcək razılaşmaya görə, Rusiya satdığı qazın qiymətində endirim edəcək və hər 1 000 kubmetrə görə 252 deyil, 232 ABŞ dolları alacaq.
Qeyd edək ki, Ukrayna avans ödəmələrdən imtina etdiyinə görə, Rusiya iyulun 1-dən etibarən qazın nəqlini dayandırıb.