Yuxarı
    Bağlamaq

    “Türk axını” layihəsinin xərci artıb

    Bakı. 8 fevral. REPORT.AZ/ “Türk axını” boru kəmərinin inşası layihəsinin icrası 7 mlrd. ABŞ dollarına başa gələcək.

    “Report” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bunu “Gazprom” şirkəti İdarə Heyətinin sədr müavini Andrey Kruqlov Londonda investorlarla keçirilən görüşdə bildirib.

    “İlkin olaraq, layihənin dəyərinin 6 mlrd. dollar olacağını hesab edirdik, indi isə, təxminən, 7 mlrd. dollar qiymətləndiririk”, - deyə A.Kruqlov deyib.

    “Gazprom” rəsmisi layihə maliyyələşdirilməsinin mümkünlüyünü istisna etmədiklərini qeyd edib: “Lakin hazırkı reallığa əsasən, “Türk axını” boru kəmərinin tikintisi böyük ehtimalla “Gazprom”un vəsaiti və sonra “Şimal axını 1” layihəsində olduğu kimi xüsusi istiqrazlar hesabına maliyyələşdiriləcək”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi