Təmir işlərindən sonra STAR NEZ-in gücü açıqlanıb

Təmir işlərindən sonra STAR NEZ-in gücü açıqlanıb Ötən il STAR Neft Emalı Zavodunda (NEZ) uğurla həyata keçirilən təmir və modernləşdirmə işləri nəticəsində zavodun emal gücü ildə 13 milyon tonu keçib.
Energetika
6 Yanvar , 2025 11:33
Təmir işlərindən sonra STAR NEZ-in gücü açıqlanıb

Ötən il STAR Neft Emalı Zavodunda (NEZ) uğurla həyata keçirilən təmir və modernləşdirmə işləri nəticəsində zavodun emal gücü ildə 13 milyon tonu keçib.

“Report”un Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu “SOCAR Turkiye Enerji” şirkətinin baş icraçı direktoru Elçin İbadov İstanbulda keçirilən mətbuat konfransında bildirib.

STAR NEZ Türkiyənin ən böyük neft emalı müəssisəsidir və ölkənin neft məhsullarına olan tələbatının 18 %-ni təmin edir. STAR NEZ-də iki ay davam edən təmir və modernləşdirmə işləri çərçivəsində bir DCU qurğusu dəyişdirilib və bu əməliyyat 56 milyon ABŞ dollarına başa gəlib", - E.İbadov qeyd edib.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.

Son xəbərlər

Orphus sistemi