​Sumqayıt Kimya Sənaye Parkı tender elan edib

​Sumqayıt Kimya Sənaye Parkı tender elan edib Tender elektrik şəbəkəsi və yarımstansiyanın layihələndirilməsi üzrə keçirilir
Energetika
5 Fevral , 2016 10:14
​Sumqayıt Kimya Sənaye Parkı tender elan edib

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycan İqtisadiyyat Nazirliyinin "Sumqayıt Kimya Sənaye Parkı" MMC Parkın 94,13 hektar ərazisinin elektrik şəbəkəsi və ərazidə tikiləcək 110/35/6 kV-luq yarımstansiyasının layihələndirilməsi ilə əlaqədar iş və xidmətlərin satın alınması üçün açıq tender elan edib. "Report" xəbər verir ki, tender 1 lot üzrə keçirilir.

Tenderdə iştirak etmək istəyənlər lot üçün 300 manat məbləğində iştirak haqqını MMC-nin hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib edilmiş əsas şərtlər toplusunu "Sumqayıt Kimya Sənaye Parkı"nın Xocalı prospekti,37 unvanındakı "Demirchi Tower"də yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər.

İştirakçılar tenderdə iştirak etmək üçün tender təklifi və bank təminatı istisna olmaqla lazım olan sənədləri fevralın 26-dək, tender təklifi və bank sənədlərini isə martın 7-dək təqdim etməlidirlər.

İddiaçıların təklifləri martın 9-u saat 17:00-da qurumun iclas zalında açılacaq.

Son xəbərlər

Orphus sistemi