SOCAR və "MVM Group" bərpaolunan enerji sahəsində əməkdaşlığı müzakirə edib

SOCAR və "MVM Group" bərpaolunan enerji sahəsində əməkdaşlığı müzakirə edib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ilə Macarıstanın “MVM Group” əməkdaşlıq imkanlarını, bərpa olunan enerji ilə bağlı mövzuları, perspektivdə nəzərdə tutulan layihələri müzakirə edib.
Energetika
19 Dekabr , 2024 16:59
SOCAR və MVM Group bərpaolunan enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Macarıstanın “MVM Group” şirkəti arasında əməkdaşlıq imkanları, bərpaolunan enerji ilə bağlı mövzular, perspektivdə nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb.

"Report" bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, SOCAR-ın prezidenti Rövşən Nəcəf “MVM Group”un baş icraçı direktoru Karoly Matrai ilə görüş keçirib. Görüşdə tərəflər arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Bu xüsusda, “MVM Group”un bu ilin III rübündə dünyanın ən iri təbii qaz-kondensat yataqlarından olan “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişinə qoşulması, bununla da Azərbaycanın neft-qaz bazarına yeni enerji iştirakçısı kimi daxil olması xüsusi vurğulanıb.

Xatırladaq ki, bu il “MVM Group” şirkəti “Cənub Qaz Dəhlizi” (SGC) QSC-dən “Şahdəniz” qaz yatağının işlənməsi layihəsində 5 % və “Azerbaijan Gas Supply Company Limited” (AGSC) şirkətindən “South Caucasus Pipeline Company”də 4 % pay alıb.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. 2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

Son xəbərlər

Orphus sistemi