SOCAR-ın vitse-prezidenti Dünya Bankı ekoloji proqramının Rəhbər Komitəsinin iclasında iştirak edib

SOCAR-ın vitse-prezidenti Dünya Bankı ekoloji proqramının Rəhbər Komitəsinin iclasında iştirak edib Paris toplantısında perspektiv planlar müzakirə olunub
Energetika
2381
15 May , 2017 12:57
SOCAR-ın vitse-prezidenti Dünya Bankı ekoloji proqramının Rəhbər Komitəsinin iclasında iştirak edib
Socar.az

Bakı. 15 may. REPORT.AZ/ Bu günlərdə Parisdə Dünya Bankı Qrupunun “Qlobal qaz yandırılmalarının azaldılması üzrə Tərəfdaşlığı”nın (GGFR) Rəhbər Komitəsinin iclası keçirilib.

“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, iclasda SOCAR-ı ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadə təmsil edib. Görüşdə Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində şirkətin ötən dövr ərzində həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilib, perspektiv planlar müzakirə olunub.

Qeyd edək ki, SOCAR 2008-ci ildən “Qlobal qaz yandırılmalarının azaldılması üzrə Tərəfdaşlıq”, 2014-cü ildən isə Dünya Bankı tərəfindən hazırlanmış “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” təşəbbüslərinə qoşulub.