SOCAR-ın Türkiyədə yeni layihəsinin investisiya qərarının tarixi dəyişdirilib

SOCAR-ın Türkiyədə yeni layihəsinin investisiya qərarının tarixi dəyişdirilib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində BP şirkəti ilə birgə həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksinin (Merkuri layihəsi) yekun investisiya qərarının qəbulu neftin qiymətinin düşməsi səbəbindən 2021-ci ilin son rübünə təxirə salınıb.
Energetika
261
10 Aprel , 2020 13:22
SOCAR-ın Türkiyədə yeni layihəsinin investisiya qərarının tarixi dəyişdirilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində BP şirkəti ilə birgə həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksinin (Merkuri layihəsi) yekun investisiya qərarının qəbulu neftin qiymətinin düşməsi səbəbindən 2021-ci ilin son rübünə təxirə salınıb.

“Report” xəbər verir ki, bunu SOCAR-ın Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş”nin baş icraçı direktoru Zaur Qəhrəmanov “Anadolu” agentliyinə bildirib.

“İnvestisiya qərarının tarixində gecikmə olacaq. Bildiyiniz kimi, neftin bir barelinin qiymətinin 20 ABŞ dolları səviyyəsinə düşməsi hamı kimi bizə də təsir göstərdi. 20-30 dollar aralığındakı qiymətlərin bizim və tərəfdaşlarımızın investisiya planlarına böyük təsiri oldu. İkinci neft-kimya kompleksi layihəmizin yekun investisiya qərarının 2020-ci ilin sonunda qəbul olunmasını planlaşdırırdıq. Lakin neftin qiymətlərinə görə bu qərarı 2021-ci ilin son rübünə təxirə saldıq”, - Z.Qəhrəmanov qeyd edib.

Xatırladaq ki, SOCAR ilə BP 2018-ci il dekabrın 20-də Türkiyədə dünyamiqyaslı neft kimya kompleksinin inşası və idarə olunması üçün birgə müəssisə yaratmaq planının dəyərləndirmə prinsiplərinə dair müqavilə imzalayıb. Bu layihə ildə 1,25 mln. ton saflaşdırılmış tereftal turşusu, 840 min ton paraksilol (PX), 340 min ton benzol istehsal edəcək kompleksin inşasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi