Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Serbiyanın iqtisadiyyat naziri Adrijana Mesaroviç ilə görüşdə isə ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.
“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan Serbiyaya 32,3 milyon kubmetr qaz tədarük edildiyi, yeni müqavilə ilə qaz təchizatı üzrə əməkdaşlığın genişləndiyi qeyd edilib.
Görüşdə Serbiyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulması, qaz elektrik stansiyasının tikintisi, xam neftin tədarükü, qaz tranziti üzrə əməkdaşlıq imkanları da nəzərdən keçirilib. Dekabrda Azərbaycanda keçirilməsi planlaşdırılan Biznes Forumla bağlı da fikir mübadiləsi aparılıb.
Azərbaycan Serbiyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulmasını müzakirə edib.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir bildirib ki, Serbiyanın iqtisadiyyat naziri Adrijana Mesaroviç ilə ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.
“Serbiyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulması, qaz elektrik stansiyasının tikintisi, xam neftin tədarükü, qaz tranziti üzrə əməkdaşlıq imkanlarını dəyərləndirdik. Dekabrda Azərbaycanda keçirilməsi planlaşdırılan Biznes Forumun enerji aspektinə dair fikir mübadiləsi apardıq”, - deyə P. Şahbazov bildirib.