Sentyabrda BTC ilə neft ixracı 5 % artıb
Energetika
- 12 noyabr, 2025
- 17:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin sentyabr ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracı orta hesabla 577 min barel təşkil edib.
"Report" bu barədə məlumatlı mənbələrə istinadən xəbər verir.
Avqust ayı ilə müqayisədə sentyabr ayında BTC ilə neft nəqli 5 % və ya gündəlik 27 min barel çoxdur.
2024-cü ilin sentyabr ayı ilə müqayisədə bu ilin eyni dövründə boru kəməri ilə neft nəqli 6 % və ya 34 min barel azalıb.
Xatırladaq ki, BTC-nin açılışı 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1 768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyədən keçir.
Son xəbərlər
23:19
Foto
Vitali Yakovlev: Azərbaycanın vençur bazarının əsas problemlərindən biri maliyyələşməyə çıxışdır
Maliyyə
22:46
İngiltərə Premyer Liqası: "Arsenal" "Mançester Siti" ilə heç-heçə edib
Futbol
22:39
Antonelli "Formula 1" üzrə Qətər Qran-prisinin qalibi olub
Formula 1
22:08
Pakistanda silahlı hücum nəticəsində on bir mədənçi öldürülüb
Digər ölkələr
21:53
ABŞ Senatı milyarderlərin vergi ödənişindəki boşluğu aradan qaldırmaq niyyətindədir
Digər ölkələr
21:44
Foto
Azərbaycanın iki qadın cüdoçusu Avropa Açıq Turnirində qızıl medal qazanıb
Fərdi
21:12
Qəbələnin bir sıra ərazilərində qaz kəsilib
Energetika
20:59
Ağ Ev qabaqcıl çiplərə ixrac məhdudiyyətlərini sərtləşdirməyi təklif edib
Digər ölkələr
20:34
İsveçrəlilər referendumda silah ixracının sadələşdirilməsini dəstəkləyib - Yenilənib-2
Digər ölkələr