“Rəqəmsallaşma: Enerji sektoru timsalında çağırışlar və imkanlar” mövzusunda tədbir keçirilib

“Rəqəmsallaşma: Enerji sektoru timsalında çağırışlar və imkanlar” mövzusunda tədbir keçirilib İqtisadiyyat Nazirliyinin tabeliyində IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və bp şirkətinin birgə təşkilatçılığı ilə “Rəqəmsallaşma: Enerji sektoru timsalında çağırışlar və imkanlar” mövzusunda onlayn formatda tədbir keçirilib.
Energetika
6 Oktyabr , 2021 11:07
“Rəqəmsallaşma: Enerji sektoru timsalında çağırışlar və imkanlar” mövzusunda tədbir keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və bp şirkətinin birgə təşkilatçılığı ilə “Rəqəmsallaşma: Enerji sektoru timsalında çağırışlar və imkanlar” mövzusunda onlayn formatda tədbir keçirilib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, tədbirdə çıxış edən nazir Mikayıl Cabbarov dünyada rəqəmsallaşma sahəsində baş verən dəyişikliklərin iqtisadiyyata təsirlərini qeyd edib, Azərbaycanda rəqəmsal ekosistemin inkişafı istiqamətində görülən işləri diqqətə çatdırıb. O, vurğulayıb ki, müəssisələrdə rəqəmsal əməliyyat modellərinin sürətli tətbiqi, blokçeyn və əşyaların interneti, süni intellekt və maşın öyrənməsinin daha geniş istifadəsi, məlumat-əsaslı biznesin və idarəetmənin inkişaf etdirilməsi və digər bu kimi trendlər dünyada olduğu kimi, ölkəmizdə də aktualdır. Bu baxımdan Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı üçün müvafiq addımlar atılır.

Iqtisadiyyat nazirinin sözlərinə görə, ölkə prezidentinin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə “IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin yaradılmasında əsas məqsəd IV Sənaye İnqilabının yaratdığı imkanlardan maksimum istifadə edilməsi, ölkəmizin bu sahədə qabaqcıl dövlətlər sırasında qərarlaşmasının təmin olunmasıdır. Bu baxımdan IV Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi kimi aparıcı qurumla əməkdaşlıq uğurlu başlanğıc hesab edilə bilər.

M.Cabbarov bildirib ki, ölkəmizdə rəqəmsal iqtisadiyyatı inkişaf etdirmək üçün bir çox təşəbbüslər həyata keçirilməkdədir. Pandemiya ilə mübarizə və rəqəmsallaşma dövründə, ölkəmizin qarşısında duran əsas vəzifələr qlobal tendensiyalardan xəbərdar olmaq, müvafiq çağırışlara cavab vermək və iqtisadi inkişafda yeni həllərin tətbiqinə nail olmaqdan ibarətdir. Ölkəmizi rəqəmsal və texnoloji mərkəzə çevirmək də əsas məqsədlərdən biridir. Hazırda Azərbaycanda müasir texnologiyaların tətbiqi genişləndirilir və ölkədə rəqəmsal transformasiya prosesi sürətləndirilir. Bu gün keçirilən tədbir bp şirkətinin rəqəmsallaşma strategiyası, uğurlu təcrübəsi, əldə etdiyi nailiyyətlərlə yaxından tanışlıq baxımından önəmlidir və qabaqcıl təcrübənin öyrənilməsi müəssisələrimizdə rəqəmsallaşma siyasətinin formalaşması və tətbiqi üçün faydalı olacaq.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Conz şirkətin Azərbaycanla uğurla əməkdaşlıq etdiyini, rəqəmsallaşma sahəsində qazandığı nailiyyətləri diqqətə çatdırıb: “Rəqəmsallaşma və innovasiya bp-nin “xalis sıfır” hədəfinə doğru yeni strategiyasının və inteqrasiyalı enerji şirkətinə çevrilməsinin əsas tərkib hissəsidir. 2 gün davam edəcək bu tədbir şirkətimizin rəqəmsal transformasiya sahəsində öz qlobal təcrübəsini və planlarını bölüşmək üçün yaxşı bir imkandır. Bizim bu sahə üzrə ən təcrübəli ekspertlərimiz tədbirə qatılaraq bp-nin rəqəmsal transformasiyası və bu yönümdə gördüyümüz işlər barədə məlumatlar təqdim edəcəklər. Xəzər regionunda 30 ilə yaxın fəaliyyət göstərən bir şirkət kimi, biz Azərbaycan hökumətinin əsas biznes və sənaye istiqamətlərinin texnoloji transformasiyasını sürətləndirmək səylərini dəstəkləməkdən çox məmnunuq”.

bp-nin Rəqəmsal Hasilat və Biznes Xidmətləri üzrə baş vitse-prezidenti Əhməd Haşmi “bp strategiyası və rəqəmsal transformasiya yanaşması”, Rəqəmsal Korporativ Sistemlər və Əməliyyatlar üzrə baş vitse-prezident Stüart Fray isə "Rəqəmsal təməlin vahid görünüşü" və “Transformasiya prosesinin rəqəmsal təhlükəsizliyi” mövzularında təqdimatlarla çıxış ediblər.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi