Qarabağda “yaşıl enerji” zonasının yaradılması ilə bağlı konsepsiyası hazırlanıb

Qarabağda “yaşıl enerji” zonasının yaradılması ilə bağlı konsepsiyası hazırlanıb Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə hazırlanıb.
Energetika
30 Oktyabr , 2021 12:54
Qarabağda “yaşıl enerji” zonasının yaradılması ilə bağlı konsepsiyası hazırlanıb

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə hazırlanıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun videokonfrans formatında növbəti iclasında deyilib.

Məlumata görə, İşçi Qrupunun iclasında “yaşıl enerji” layihəsinə dair təqdimat nümayiş etdirilib, konsepsiya haqqında ətraflı məlumat verilib, suallar cavablandırılıb. Qarabağ və Şərqi Zəngəzurun enerji təminatında bərpa olunan enerji mənbələrindən maksimum istifadə edilməsinin və enerji dəyər zənciri mərhələlərində ekoloji təmiz, enerjisəmərəli, müasir və innovativ texnologiyaların tətbiqinin nəzərdə tutulduğu bildirilib. Enerji tələbatı və təchizatı ssenarisinin müəyyən edilməsi məqsədilə konsepsiya çərçivəsində 3 ssenari üzrə təhlillər aparıldığı vurğulanıb.

Qeyd edək ki, Qarabağda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar konsepsiya və baş planının hazırlanması üçün Yaponiyanın “TEPSCO” şirkəti cəlb edilib.

Şirkət Azərbaycanda da bir sıra layihələrin icrasında iştirak edib. Bunlardan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının tikintisi layihəsində məsləhətçi xidmətlərini, Azərbaycanın enerji sektorunun sahəvi təhlilini qeyd etmək olar.

3 may 2021-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar işlərin həyata keçirilməsi üçün 2021-ci ilin dövlət büdcəsindən Energetika Nazirliyinə 1 milyon 391,04 min ABŞ dolları ayrılıb.

Son xəbərlər

Orphus sistemi