Pərviz Şahbazov GECF-in baş katibi ilə görüşübAzərbaycanın energetika naziri Pərviz Şahbazov Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF) Mohamed Hamel ilə görüşüb.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF) Mohamed Hamel ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə nazirin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.
“Biz GECF-nin baş katibi Mohamed Hamel ilə qlobal qaz sənayesindəki tendensiyalar və Forumla əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Baş katib BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməkdə Azərbaycana dəstəyini ifadə edib və GECF pavilyonunu təşkil etmək niyyətindən danışıb”, - paylaşımda qeydilib.
Qaz İxrac edən Ölkələr Forumunun (GECF) baş katibi Məhəmməd Hamel ilə qlobal qaz sənayesində tendensiyalar və Forumla əməkdaşlığa dair fikir mübadiləsi apardıq. Baş katib #GECF-in #COP29 zamanı Azərbaycanı dəstəyini və Forumun Pavilyonunun təşkili niyyətini ifadə etdi. pic.twitter.com/jKxnRsppep
— Parviz Shahbazov (@ParvizShahbazov) June 6, 2024