Ölkənin ən böyük elektrik stansiyalarından olan “Cənub” ES əsaslı təmirə çıxarılıb

Ölkənin ən böyük elektrik stansiyalarından olan “Cənub” ES əsaslı təmirə çıxarılıb 2013-cü ildə Şirvan şəhərində tikilərək istismara verilən, ölkənin ən böyük elektrik stansiyalarından olan 2 bloklu 780 meqavatlıq “Cənub” Elektrik Stansiyasının 2-ci bloku “Azərenerji” tərəfindən əsaslı təmirə çıxarılıb.
Energetika
17 May , 2022 11:04
Ölkənin ən böyük elektrik stansiyalarından olan “Cənub” ES əsaslı təmirə çıxarılıb

2013-cü ildə Şirvan şəhərində tikilərək istismara verilən, ölkənin ən böyük elektrik stansiyalarından olan 2 bloklu 780 meqavatlıq “Cənub” Elektrik Stansiyasının 2-ci bloku “Azərenerji” tərəfindən əsaslı təmirə çıxarılıb.

Bu barədə “Report”a “Azərenerji” ASC-dən məlumat verilib.

Qeyd edək ki, istismar normativlərinə görə “Cənub” Elektrik Stansiyasının birinci bloku 2018-ci ildə əsaslı təmir ediləndən sonra “itirilmiş” güclər bərpa edilmişdi və indi də ikinci blok əsaslı təmir edilməklə analoji nəticə alınır. Belə ki, stansiyanın ikinci blokunun buxar və qaz turbinləri, util-qazanları, transformatorları, generatorları və köməkçi avadanlıqları əsaslı təmir edilərək stansiyanın istismar müddəti uzadılır, etibarlıq və dayanıqlıq bərpa edilməklə “itirilmiş” güclər bərpa olunur.

“Azərenerji”nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, əvvəllər stansiyaların əsaslı təmiri xarici şirkətlər tərəfindən aparılırdısa, “Cənub” Elektrik Stansiyasında bu dəfə aparılan əsaslı təmir işləri əsas etibarı ilə “Azərenerji”nin yerli mütəxəssisləri tərəfindən həyata keçirilir.

Qeyd edək ki, 2018-ci ildən başlayaraq ölkədəki 12 ən böyük elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri aparılmaqla 1 000 meqavatdan artıq “itirilmiş” güc bərpa edilib.

Son xəbərlər

Orphus sistemi