İtaliyalı ekspert: Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib

İtaliyalı ekspert: Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib Azərbaycan İtaliya üçün iqtisadi nöqteyi-nəzərdən həlledici əhəmiyyətə malikdir.
Energetika
9 aprel 2025 17:21
İtaliyalı ekspert: Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib

Azərbaycan İtaliya üçün iqtisadi nöqteyi-nəzərdən həlledici əhəmiyyətə malikdir.

Bu barədə “Report”a İtaliyanın “Anteo Edizioni” nəşriyyatının direktoru Stefano Bonilauri bildirib.

Onun sözlərinə görə, İtaliya ilə Azərbaycan arasında həm siyasi, həm də iqtisadi sahələrdə möhkəm və uzunmüddətli münasibətlər qurulub.

"İqtisadi baxımdan Azərbaycan İtaliya üçün böyük əhəmiyyət kəsb edir, çünki Roma böyük həcmdə Azərbaycan nefti və qazının tədarükündən asılıdır. Eyni zamanda, İtaliya Avropa İttifaqında Azərbaycanın ən böyük ticarət tərəfdaşı və dünya miqyasında aparıcı tərəfdaşlardan biridir", - ekspert qeyd edib.

O vurğulayıb ki, ölkələr arasında ikitərəfli əməkdaşlıq bu gün son dərəcə yüksək səviyyədədir və dinamik şəkildə inkişaf etməkdə davam edərək tədricən strateji tərəfdaşlıq müstəvisinə keçir.

"Ümid edirəm ki, İtaliya Azərbaycanla əlaqələrini təkcə iqtisadi və siyasi sahələrdə deyil, həm də mədəni sahədə möhkəmləndirəcək. Azərbaycan son illər özünü etibarlı və vacib tərəfdaş kimi təsdiqləyib", - S.Bonilauri bildirib.

Orphus sistemi