İtaliya rəsmisi: "Azərbaycanla bərpa olunan enerji əməkdaşlığı planlaşdırırıq"

İtaliya rəsmisi: "Azərbaycanla bərpa olunan enerji əməkdaşlığı planlaşdırırıq" İtaliya gələcəkdə Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq etməyi planlaşdırır.
Energetika
11 Oktyabr , 2024 10:14
İtaliya rəsmisi: Azərbaycanla bərpa olunan enerji əməkdaşlığı planlaşdırırıq

İtaliya gələcəkdə Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq etməyi planlaşdırır.

Bunu "Report"a açıqlamasında COP29-un İqlim şəffaflığı üzrə yüksək səviyyəli həmkarı, İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində bildirib.

“Gələcəkdə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq nəzərdə tutulur. Biz bu sahədə layihələr, xüsusən də bərpa olunan mənbələrdən enerjinin saxlanması məsələsi üzərində işləyirik. Bu, həm İtaliya, həm də Azərbaycan tərəfi üçün çox vacibdir”, - o bildirib.

F.Korvaro qeyd edib ki, Azərbaycan və İtaliya enerji sektorunda sıx əməkdaşlıq edir.

O vurğulayıb ki, iki ölkə bu sahənin ətraf mühitə mənfi təsirini azaltmaq üçün birgə çalışır: “Təbii qaz da daxil olmaqla, nəqletmə zamanı istixana qazı emissiyalarını azaltmaq üçün istifadə etdiyimiz bir neçə üsulumuz var. Yadda saxlamalıyıq ki, ədalətli keçid sistemi üçün təbii qazdan istifadəni dəstəkləmək lazımdır”.

Son xəbərlər

Orphus sistemi